EN

Sabunçuda süni gölməçədə uşaq BATDI

Sabunçu rayonunda süni gölməçədə uşaq batıb.

Fövqəladə Hallar Nazirliyindən Adalet.az-a verilən məlumata gorə, "112" qaynar telefon xəttinə rayonda süni sututarında 1 nəfərin (uşaq) batması barədə məlumat daxil olub.

    Məlumatla əlaqədar, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

    Həyata keçirilən tədbirlər nəticəsində, batan şəxsin meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

    Chosen
    2
    26
    adalet.az

    10Sources