EN

FİFA-nın KDÇ-2029 ilə bağlı planları üzə çıxdı: Komanda sayı artırılır, format isə...

FİFA 2029-cu ildə keçiriləcək klublararası dünya çempionatında iştirakçıların sayını 48-ə qaldırmağı planlaşdırır.

Publika.az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.

Mənbənin sözlərinə görə, beynəlxalq turnirdə iştirak hüququ uğrunda əlavə pley-off oyunlarının sayının da artırılması mümkündür. Klublararası dünya çempionatının İspaniya və Mərakeşdə keçirilməsi nəzərdən keçirilir. 2030-cu ildə həmin ölkələr milli komandalar arasında dünya çempionatının oyunlarına da ev sahibliyi edəcək.

Pley-off görüşlərinin sayının artırılması ilə FİFA əsas turnirin təqvimini yüngülləşdirməyi planlaşdırır.

Chosen
32
publika.az

1Sources