Avtosfer saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
AYNA tərəfindən ölkənin nəqliyyat sektorunda görülən işlərin nəticəsi özünün müsbət tərəflərini göstərməyə başlayıb. Artıq həm paytaxtda, həm də paytaxtətrafı ərazilərdə də bu izləri görmək mümkündür.
Belə ki, Sumqayıt və Xırdalan şəhərlərində ictimai nəqliyyatın təşkili ilə bağlı yeni addımlar atılması da planlaşdırılır.
Avtosfer.az xəbər verir ki, şəhər sakinlərinin rahatlığını artırmaq, yol hərəkətində intizamı gücləndirmək və nəqliyyat xidmətlərinin keyfiyyətini yüksəltmək məqsədilə bir sıra yeniliklər tətbiq olunacaq.
Məsələ ilə bağlı “AYNA”-nın mətbuat katibi Tural Orucov Avtosfer.az-a bildirib ki, Sumqayıtda ictimai nəqliyyatda sərnişinlərə göstərilən xidmətlərin təhlükəsizlik və keyfiyyət baxımından yüksək standartlara çatdırılması məqsədilə marşrut xətləri təhlil edilir, nəqliyyat planı hazırlanır və avtobus parkının yenilənməsi diqqət mərkəzindədir:
“Daşıyıcı şirkətlər qarşısında sərnişindaşıma tələblərinə cavab verməyən, o cümlədən köhnə, istismara yararsız avtobusların yeniləri ilə əvəzlənməsi ilə bağlı tapşırıqlar verilib.
Görülən işlər çərçivəsində “Sumqayıt Nəqliyyat-1” MMC tərəfindən 44 ədəd yeni nəqliyyat vasitəsi alınaraq sərnişindaşımaya cəlb edilib. 34 ədəd CNG texnologiyası ilə təchiz edilən 2025-ci ilin istehsalı olan “Yutong” markalı avtobus 5, 30 və 7A nömrəli marşrut xətlərində, 10 ədəd dizellə işləyən “Akia” markalı avtobus isə 7 nömrəli marşrut xəttində istismar olunur. Bundan əlavə, “Modern-Trans” MMC tərəfindən 4 ədəd CNG texnologiyası ilə təchiz edilən “İsuzu” markalı avtobus 39 və 42 nömrəli marşrut xətlərində sərnişinlərə xidmət göstərir”.
Tural Orucov onu da qeyd edib ki, Xırdalan şəhərindən Sumqayıt şəhəri və Novxanı kəndi istiqamətlərində fəaliyyət göstərən 523 və 535 nömrəli marşrutların avtobusları da yenilənib:
“F.Rövşən” istehsalat müəssisəsi tərəfindən ölkəyə 2025-ci il istehsalı olan 31 avtobus gətirilib. Sıxılmış təbii qaz və dizellə işləyən “İsuzu” markalı müasir və komfortlu nəqliyyat vasitələrindən 16-sı Sumqayıt və Xırdalan şəhərlərini, 15-i isə Xırdalan şəhəri və Novxanı kəndini əlaqələndirir. Bu istiqamətdə işlər davam etdirilir”.
Beləliklə sakinlər bu dəyişikliklər nəticəsində ictimai nəqliyyatdan daha rahat və təhlükəsiz şəkildə istifadə edə biləcəklər.
Fidan
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.