İtaliyanın “Fiorentina” klubu heyətini yeni hücumçu ilə gücləndirib.
İdmanxeber.az xəbər verir ki, “bənövşəyilər” “Kalyari”nin futbolçusu Roberto Pikkolini transferini rəsmiləşdirib. Klubun mətbuat xidmətinin yaydığı məlumata görə, 24 yaşlı hücumçu ilə 2030-cu ilin yayına qədər müqavilə imzalanıb.
“Fiorentina” bu keçid üçün qarşı tərəfə 25 milyon avro ödəyib.
İtaliya U-21 millisinin sabiq üzvü son mövsümdə A Seriyada 37 oyun keçirib, 10 qol və 3 məhsuldar ötürmə ilə fərqlənib.