EN

Şahin Diniyev: Artıq Araz Naxçıvan a azarkeşlik edəcəyəm

Idman.biz saytına istinadən ain.az xəbər verir.

"Coşquna və "Araz-Naxçıvan"a uğurlar arzu edirəm. Xarici və yerli klublardan təklifi var idi, sonda "Araz-Naxçıvan"nın üzərində dayandı".

İdman.biz xəbər verir ki, bu sözləri Sport24.az-a açıqlamasında Şahin Diniyev deyib.

Təcrübəli mütəxəssis oğlu Coşqun Diniyevin "Araz-Naxçıvan"a keçidi haqda danışıb:

"Naxçıvan təmsilçisi yüksəlişdə olan komandadır. Coşqun "Çorum"la bir aylıq təlim məşq toplanışı keçib. Son bir həftədə isə fərdi məşqlər edib. İndi isə yeni komandasına, məşqçinin sisteminə, uyğunlaşmalıdır. Coşqun mental baxımından azərbaycanlı olduğu üçün yeni komandasına uyğunlaşmaq baxımından çətinlik çəkməyəcək. Artıq tək oğluma yox, "Araz-Naxçıvan"a azarkeşlik edəcəyəm. Ona görə də hədəflər göz qabağındadır. Klubun prezidenti Zaur Axundov iddialı insandır. Heç vaxt aşağı pillə ilə barışmayan biridir. Orda elə prezident varsa, ancaq yüksək hədəflər haqda düşünmək olar".

Qeyd edək ki, Azərbaycan millisinin də formasını geyinən Diniyev müxtəlif illərdə Premyer Liqanın "İnter", "Qarabağ", "Sabah" və "Zirə" klublarında çıxış edib. O, Türkiyənin "Ümraniyəspor", "Bandırmaspor" komandalarının hər birində bir mövsüm keçirib. 30 yaşlı futbolçunun son klubu isə "Çorum" olub.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
7
2
icma.az

3Sources