"Rabitəbank" kartmane kartlarının tariflərində dəyişiklik ediləcək.
Operativ Media xəbər verir ki, "Kartmane Debetv kartı üzrə yeni şərtlərə əsasən, ödənişsiz "Card to Card" əməliyyatlarının aylıq limiti 2000 AZN, terminal vasitəsilə ödənişsiz mədaxil limiti isə 1000 AZN təşkil edəcək (əvvəı 3000 AZN idi).
Keşbek qaydalarında da dəyişiklik nəzərdə tutulur.
Belə ki, yanacaqdoldurma məntəqələrində ödənişlərə 1,5%, restoranlarda 2%, sığorta ödənişlərində isə 1% keşbek tətbiq olunacaq.
Qeyd olunan keşbek faizləri yalnız Apple Pay və Google Pay üzərindən edilən ödənişlərə şamil ediləcək.
Bütün Kartmane kartları üzrə isə ümumi qayda olaraq yalnız 10 AZN və daha yüksək məbləğdə edilən ödənişlərdə keşbek qazanmaq mümkün olacaq.
Yeni tariflər 1 sentyabr 2025-ci ildən qüvvəyə minir.
Qeyd edək ki, bundan əvvəl ABB və "Birbank" kartlarında da əməliyyat limitləri yenilənib və azaldılıb.