EN

Azərbaycan məhsulları ilk dəfə “Alibaba”da ilk üçlükdə yer alıb

Bakı. Trend:

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin“Azexport.az” portalının dəstəyi ilə Azərbaycan məhsulları ilk dəfədünyanın ən iri elektron ticarət platformalarından biri olan“Alibaba.com”da öz kateqoriyası üzrə qlobal reytinqdə ilk üçlükdəyer alıb.

Mərkəzdən Trend-ə verilən məlumata görə, məhsullar “Mr.Fix”brendinə məxsus tikinti materiallarıdır.

Bu nailiyyət Azərbaycan istehsalçıları üçün elektron ticarətinaçdığı yeni imkanların bariz göstəricisidir. Ənənəvi ticarətüsullarının zəiflədiyi bir dövrdə rəqəmsal bazarlara keçid cəmi biraydan qısa müddətdə yerli məhsulu nəhəng bazarda lider mövqeyəyüksəldib.

“Azexport” portalının rəhbəri Ayxan Qədəşov bildirib ki,Azərbaycanın tikinti məhsullarının dünyanın ən böyük bazarlarındanbirində top üçlükdə yer alması elektron ticarətin yaratdığı yenireallıqdır: “Şirkətlər bu reallığı qəbul etməli və daha çox buistiqamətə yönəlməlidir. Artıq məhsula sifariş sorğusu da daxilolub, müzakirələr aparılır. Bu, sadəcə başlanğıcdır və bənzərnümunələrin sayı artacaq. Bu uğuru fürsətə çevirmək üçünsahibkarlar “Azexport” portalı ilə daha yaxından əməkdaşlığa dəvətolunur”.

“Azexport.az” portalı sahibkarları təmənnasız təqdim olunanixrac imkanlarından yararlanmağa çağırır və Azərbaycanın qeyri-neftixracını yeni rəqəmsal bazarlarda daha da gücləndirməyə davamedir.

Chosen
16
15
az.trend.az

10Sources