EN

Metro sabah gücləndirilmiş rejimdə çalışacaq

Sabah Bakı metrosu "Qarabağ" Futbol Klubunun UEFA Çempionlar Liqası oyunu ilə əlaqədar gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək...

Bu barədə "Bakı Metropoliteni" QSC-dən bildirilib.

Xüsusilə matçın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunun yaxınlığında yerləşən "Gənclik", həmçinin "28 May" və "Nərimanov" stansiyalarında nəzarət mexanizmləri gücləndiriləcək.

Bakı Metropoliteninin müvafiq əməliyyat planına uyğun olaraq, bu stansiyalarda növbətçilik cədvəli tərtib ediləcək. Arenaya yollanacaq azarkeşlərin yönləndirilməsi, səmti rahat müəyyən etmələri üçün əlavə işçi qüvvəsi cəlb olunacaq.

Qatarların hərəkəti yay qrafikinə uyğun təşkil olunacaq. Ehtiyac yaranarsa, ehtiyat qatarlar xəttə buraxılması üçün hazır saxlanılacaq.

Həmçinin qeyd edək ki, qarşılaşma əlavə vaxtla davam etdiyi halda azarkeşlərin rahat şəkildə mənzilbaşına qayıtması üçün Bakı metropoliteninin iş saatının uzadılması planlaşdırılıb.

Poliqon.info

Chosen
42
41
poliqon.info

10Sources