EN

Bakının bu ərazilərində su olmayacaq

Xətai rayon ərazisindən keçən magistral su xəttində aparılan təmir-bərpa işləri ilə bağlı bu gün saat 23:00-dan rayonun bir hissəsinə içməli suyun verilməsində fasilə yaranacaq.

Axar.az xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.

Bildirilib ki, avqustun 27-i tarixində günorta saatlarında suyun əvvəlki rejimlə verilməsi bərpa olunacaq.

Chosen
9
33
axar.az

10Sources