EN

SOCAR: Azərbaycan İran üzərindən Naxçıvana qaz nəqlinin müddətini uzadacaq

Azərbaycan İran ərazisindən Naxçıvan Muxtar Respublikasına təbii qaz nəqlinin müddətini uzadılması ilə bağlı razılığa gəlib.

Bu barÉ™dÉ™ “ÖlkÉ™.az”a SOCAR-dan mÉ™lumat verilib. Bildirilib ki, mövcud müqavilÉ™nin müddÉ™ti bu il baÅŸa çatdığından tÉ™rÉ™flÉ™r arasında yeni razılaÅŸma É™ldÉ™ olunub vÉ™ hazırda sÉ™nÉ™din imzalanma mÉ™rhÉ™lÉ™si gedir.

Rəsmi məlumata görə, Naxçıvanın illik qaz tələbatı 260-300 milyon kubmetr təşkil edir. Bu ehtiyacın qarşılanması üçün Azərbaycan 2005-ci ildə İranla svop mexanizminə əsaslanan saziş imzalayıb. Razılaşmaya görə, İran Culfadan Naxçıvana qaz ötürür, əvəzində isə eyni həcmdə qazı Astara üzərindən Azərbaycandan alır.

SOCAR-ın məlumatına əsasən, 2025-ci ilin yanvarın 1-dən avqustun 21-dək İran üzərindən Naxçıvana 188,5 milyon kubmetr qaz nəql olunub. Ümumilikdə bu marşrutla qaz tədarükünə 2006-cı ildən start verilib.

Martın 5-dÉ™ istifadÉ™yÉ™ verilÉ™n İğdır–Naxçıvan qaz kÉ™mÉ™rinÉ™ gÉ™lincÉ™, SOCAR bildirib ki, hÉ™lÉ™lik bu boru xÉ™tti ilÉ™ qaz nÉ™qli baÅŸlamayıb. KÉ™mÉ™rin gündÉ™lik ötürmÉ™ gücü 2 milyon kubmetrdir.

Yeni kəmər Naxçıvan üçün qaz təchizatının şaxələndirilməsinə və enerji təminatının etibarlılığının artırılmasına xidmət edəcək. Beləliklə, muxtar respublika həm İran, həm də Türkiyə üzərindən qaz əldə etməklə artan enerji tələbatını tam şəkildə qarşılaya biləcək.

İğdır-Naxçıvan qaz kəmərinin ümumi uzunluğu 97,5 kilometr təşkil edir. Bunun 80 kilometri Türkiyə, 17,5 kilometri isə Azərbaycan (Naxçıvan Muxtar Respublikası) ərazisində yerləşir.

Layihə üzrə illik 500 milyon kubmetr qaz nəqli nəzərdə tutulur ki, bu da Naxçıvanın ümumi qaz tələbatını tam ödəməyə imkan verəcək.

Chosen
1
15
olke.az

10Sources