EN

Sabah Binəqədinin bəzi hissələrində qaz olmayacaq

Binəqədi rayonunun bəzi hissələrində qaz təchizatı dayandırılacaq.

"Azəriqaz" İstehsalat Birliyindən News24.az-a verilən məlumata görə, Binəqədi rayonu ərazisində qaz xəttinin kipliyə sınaq olunması və siyirtmənin dəyişdirilməsi məqsədilə sabah saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Bildirilib ki, təmir işləri aparılan müddətdə Azadlıq prospektinin, Xutor qəsəbəsinin bir hissəsinin və Maqsud Davudoğlu küçəsinin, Binəqədi qəsəbəsinin Həsən bəy Zərdabi, Gülüstan 8, Abbasqulu ağa Bakıxanov, Mirzə Fətəli Axundov və Əliheydər Qarayev küçələrinin qaz təchizatı müvəqqəti dayandırılacaq.


Chosen
82
34
news24.az

10Sources