Bakı. Trend:
Belçika sentyabrda F-16 qırıcılarını Ukraynaya təhvilverəcək.
Trend xəbərverir ki, bu barədə Odessada Ukrayna ilə Belçika, Niderland vəLüksemburq arasında keçirilən görüşdən sonra Belçikanın xariciişlər naziri Maksim Prevost bildirib.
“Gələn ay sizə bir neçə F-16 verəcəyik”, - deyə Prevostbildirib.
Nazir əlavə edib ki, Belçika həmçinin Ukraynaya iqtisadi dəstəküçün 20 milyon avro ayıracaq, 2029-cu ilə qədər Qara dənizdəminalardan təmizləyici gəmilər təqdim edəcək, həmçinin,qeyri-müəyyən sayda pilotsuz təyyarələr təhvil verəcək.