EN

Belçika Ukraynaya F-16 qırıcılarını gələn ay təhvil verəcək

Belçika yaxın zamanda Ukraynaya F-16 qırıcı təyyarələri göndərəcək.

Editor.az xəbər verir ki, bu barədə Odessada keçirilən brifinqdə ölkənin xarici işlər naziri Maksim Prevo məlumat verib.

Nazirin sözlərinə görə, artıq gələn ay Ukrayna bir neçə F-16 qırıcısı ilə təmin olunacaq:

“Biz sizi gələn ay bir neçə F-16 ilə təmin edəcəyik. Həmçinin dondurulmuş Rusiya aktivlərini Ukraynanın bərpasına yönəltməyə davam edirik. Bu, sadəcə simvolik həmrəylik deyil, real dəstəkdir – dənizinizi, səmənizi və azadlığınızı qorumaq üçün”, – deyə Prevo bildirib.

//Samir Qurbanov, Editor.az

 

Chosen
16
editor.az

1Sources