EN

Rəhbərlikdən "Fənərbağça" futbolçularına böyük vəd - "Benfika"nı keçərlərsə...

"Fənərbağça" futbolçularını Çempionlar Liqasının pley-off mərhələsində "Benfika"nı mübarizədən kənarlaşdıracağı halda möhtəşəm mükafat gözləyir.

Fanat.Az xəbər verir ki, klub rəhbərliyi oyunçulara xüsusi söz verib: tarixi qələbə gələcəksə, komandaya 3 milyon avro hədiyyə ediləcək.

Bu bonus futbolçular arasında motivasiyanı daha da artırıb.

Artıq hamının gözü pley-offun həlledici matçında olacaq.

Qeyd edək ki, qarşılaşma sabah Bakı vaxtı ilə saat 23:00-da baş tutacaq.

Kamil Xudiyev

Chosen
12
1
fanat.az

2Sources