EN

FHN-in Cənub Regional Mərkəzi təlim keçirib

Yazını böyüt
Yazını kiçilt

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi “Nəqliyyat qəzaları zamanı xilasetmə əməliyyatları” mövzusunda təlim keçirib.

Təlimə FHN-in Cənub Regional Mərkəzi və Cəlilabad rayon Yanğından Mühafizə Hissəsinin müvafiq qüvvələri cəlb olunub.

Təlimin keçirilməsində əsas məqsəd xilasetmə işlərinin təşkili və aparılması qaydaları, o cümlədən nəqliyyat qəzaları zamanı deformasiyaya uğramış avtomobildən zərərçəkmişlərin təxliyə edilməsi üzrə xilasedicilərin bilik və bacarıqlarının artırılması, həmçinin xilasetmə qrup komandirlərinin hadisə zamanı effektiv idarəetmə vərdişlərinin təkmilləşdirilməsi olub.

Təlim zamanı xilasedicilər şərti nəqliyyat qəzası zamanı deformasiyaya uğramış avtomobillərdən zərərçəkmişləri təxliyə edərək onlara “təxirəsalınmaz ilkin yardım” göstəriblər.

Yekunda təlimin nəticələri təhlil olunub və müvafiq tapşırıqlar verilib.

Chosen
3
4
hafta.az

10Sources