EN

Azərbaycanda dərsliklər hazırlanarkən çəkisi NƏZƏRƏ ALINIR?

ain.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Yeni tədris ilinin başlanmasına bir aydan az müddət qalıb. Valideynlər artıq məktəbli formaları ilə yanaşı bir sıra dərs ləvazimatları almağa başlayıblar. Bunların içərisində ən önəmlisi isə məktəbli çantasıdır. Çünki şagird məktəbə apardığı bütün əşyaları hər gün həmin çantada daşıyır. Şagirdin yorulmaması, qamətinin düz qalması üçün həm çantanın, həm də onun içərisindəki əşyaların çəkisinə diqqət etmək lazımdır.Bəs dərsliklər hazırlanarkən uşaqların yaşı, çəkisi nəzərə alınırmı?Mövzu ilə bağlı Bizim.Media-ya danışan təhsil sahəsi üzrə ekspert Elçin Əfəndi deyib ki, çantanın ağırlığı uşaqlarda bəzi xəstəliklərin yaranmasına səbəb olur:“Dərsliklərin çəkisi şagirdlərin yaşı və çəkisi nəzərə alınmaqla təyin olunmalıdır. Bəzən bu amil nəşriyyatın və mətbəənin diqqətindən qaçır. Şagirdin çəkisinə uyğun olmayan daha ağır dərsliklər formalaşır ki, bu da şagirdlərin yükünün ağır olmasına gətirib çıxarır”.Ekspert bildirib ki, dərsliklər hazırlanarkən Nazirlər Kabinetinin müvafiq qərarı nəzərə alınmaldır:“Məsələn, şagird çantasının çəkisi şagirdin ümumi çəkisinin maksimum 8-10 faizi qədər olmalıdır. Tutaq ki, şagird 10 kiloqramdırsa, o maksimum bir kiloqrama qədər çanta daşıya bilər. Belə olduqda dərsliklərin çəkisi minimum 200-300 qram həcmində formalaşmalıdır. Bu amillər nəzərə alınmaqla dərsliklər hazırlanmalı və çap olunmalıdır.Təəssüf ki, bəzi hallarda mövzuların daha geniş verilməsi, verilən çalışmaların həcminin böyüklüyü əlavə kağız israfına və kitab çəkisinin daha ağır olmasına gərib çıxarır. Yaxşı olar ki, dərslik hazırlanarkən Nazirlər Kabinetinin müvafiq qərarına əsaslanıb, şagirdlərin yaş psixologiyası, onların çəkisi, gözlərinin zəiflənməsinin qrşısını almaq üçün kağızlar xüsusi olaraq seçilsin. Bütün bunlar Nazirlər Kabinetinin qərarında öz əksini tapıb”.Günay Şahmar, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
12
1
bizim.media

2Sources