EN

Prospektdə qəfil sola dönən avtobus sürücüsü avtomobildəki azyaşlıları qorxutdu VİDEO

Avtosfer saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Paytaxtın Neftçilər prospektində (“Park Bulvar” Mall-un qarşısında) qayda pozan avtobus sürücüsü kameraya düşüb.

Bu barədə izləyicilərdən biri Avtosfer.az-a müraciət edərək videomaterial göndərib. Hadisə avqustun 25-də saat 09:58 radələrində qeydə alınıb. Videodan göründüyü kimi, “BakuBus” MMC-yə məxsus 149 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 99-JZ-415 dövlət nömrə nişanlı “BMC” markalı avtobusun sürücüsü manevr qaydasını pozub. Belə ki, sola dönən sürücü hərəkətdə olduğu zolaqdan qəfil sola manevr edib və bu vaxt həmin zolaqdakı avtomobilə qəza riski yaradıb. Təhlükəylə üzləşən sürücü siqnal verərək qayda pozan şəxsə xəbərdarlıq edib və baş verəcək qəzadan son anda yayınıb.

İzləyici, avtomobildə olan azyaşlı övladlarının hadisədən qorxduğunu əlavə edib. 

Nərmin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
2
avtosfer.az

1Sources