EN

Laçında 2027 2030 cu illər üçün Dövlət Proqramı əsasında bərpa planları hazırlanır

Baku.ws portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Laçında bərpa işləri ardıcıl olaraq Dövlət Proqramı əsasında davam edir.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu fikirləri Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Laçın şəhərinin bərpasının birinci mərhələsi başa çatıb.

"2027-2030-cu illər üçün Dövlət Proqramı əsasında bərpa planları hazırlayırıq. Buna uyğun olaraq, Laçın rayonu ərazisində 20-dən çox yeni məntəqənin tikintisi nəzərdə tutulur".

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
16
9
baku.ws

10Sources