Azərbaycan badmintonçusu Edi Reski Dviçayo dünya çempionatına qələbə ilə başlayıb.
Bu barədə 90deqiqe.Az-a Badminton Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Tokio və Paris olimpiadasının iştirakçısı, Azərbaycanın bamdinton millisinin lideri kişilərin şəxsi yarışında dünya reytinq sıralamasında 19-cu olan Yaponiya bamdintonçusu Koki Vatanabe üzərində qələbə qazanıb – 2:0 (21:19, 21:18). O, 1/16 finalda İndoneziya təmsilçisi Conatan Kristie ilə qarşılaşacaq.
Digər badmintonçumuz Diki Pangestu isə Xorvatiya təmsilçisi Aria Dinataya 1:2 (16:21, 21:16, 14:21) hesabı ilə uduzub.
Kişilərin qoşa yarışında Aqil Qəbilov-Diki Pangestu tandemi ilk görüşdə Sinqapur idmançıları Junsuke Kubo-Vesley Koh cütünə 0:2 (9:21,13:21) hesabı ilə məğlub olub.
Qadınların şəxsi yarışında Keişa Fatimə Zəhra 1/32 finalda braziliyalı Juliana Vieyra ilə qarşılaşacaq.
Qarışıq qoşa kateqoriyasında Cahid Əlhəsənov-Həcər Nuriyeva tandemi 1/32 finalda Almaniyadan olan Malik Bourakkadi-Leona Mixalski cütü ilə qarşılaşacaq.
Dünya çempionatında Azərbaycan nümayəndə heyətini baş katib Ramil Hacıyev təmsil edir.
Qeyd edək ki, Azərbaycan millisi dünya çempionatında ilk dəfə baş məşqçi Morteza Validarvinin rəhbərliyi altında 4 kateqoriyada 6 idmançı ilə təmsil olunur.