EN

Toy günü gəlinin üzü İFLİC OLDU

ABŞ-da gəlinin üzü toy günü xəstəlik səbəbindən iflic olub.

Publika.az xəbər verir ki, bu barədə "Unilad" məlumat yayıb.

Kelli Stexin sözlərinə görə, o, toyundan bir neçə gün əvvəl əsl kabusla üzləşib. Bütün ili bu günə hazırlaşmağa və təxminən 50 min dollar xərcləməsinə baxmayaraq, o, qəfil xəstələnib və nikahdan bir gün əvvəl üzünün yarısını hərəkət etdirə bilməyib.

İlk simptomlar toydan cəmi bir həftə əvvəl ortaya çıxıb: Kelli qulaq ağrısından və udqunma çətinliyindən şikayətlənib. Həkimə müraciət ciddi bir problem aşkar etməyib — yüngül iltihab ehtimal edilib və ona antibiotiklərlə steroidlər təyin olunub. Lakin vəziyyəti tezliklə pisləşib: qulağı şişib, ağrılı səpgilər yaranıb və nəticədə üzünün sağ tərəfi iflic olub.

Ağır simptomlara baxmayaraq, toyun ləğvi artıq mümkün deyildi. Mərasim günü Kelli tam gülümsəyə bilməyib, ürəkbulanma və güclü yorğunluq hiss edib. İflic olduğunu gizlətmək üçün hətta gəlininin yoldaşları onun fotoşəkillərdəki düzülüşünü dəyişiblər.

Bir neçə həkimə müraciətdən sonra ona Ramsey-Hunt sindromu diaqnozu qoyulub - bu, suçiçəyi virusunun illər sonra aktivləşərək üz sinirini zədələməsi ilə yaranan nadir bir fəsaddır. Bu xəstəlik güclü ağrılar, üz əzələlərinin iflici, qulaq ətrafında səpgilər və bəzən eşitmə itkisi ilə müşayiət olunur.

Chosen
4
4
publika.az

5Sources