EN

“Southwest Airlines” artıq çəkili sərnişinlərdən iki yer üçün ödəniş tələb edəcək

ain.az bildirir, 525.az saytına əsaslanaraq.

Amerikanın “Southwest Airlines” aviaşirkəti oturacağa sığmayan sərnişinlərdən yanvarın 27-dən etibarən ikinci oturacağın əvvəlcədən alınmasını tələb edəcək.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, hazırkı sistemdə artıq çəkisi olan sərnişinlər ya əvvəlcədən əlavə oturacaq alıb pulunu geri alır, ya da hava limanında pulsuz tələb edə bilirdi.

Yeni qaydaya əsasən, pulun geri qaytarılması hələ də mümkün olacaq, lakin artıq zəmanət verilməyəcək.

Qeyd edək ki, şirkət son vaxtlar maliyyə çətinlikləri ilə üzləşib.

Məhəmməd Tağıyev

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
26
525.az

1Sources