EN

Salyanda sakinlərə yüksəkgərginlikli elektrik xəttlərindən TƏHLÜKƏVİDEO

Yüksəkgərginlikli elektrik xətti qırılaraq yerə düşüb, heyvanları cərəyan vurub.

Xezerxeber.az xəbər verir ki, hadisə Salyan rayonunun Qaraçala kəndi ərazisində baş verib.

"Xəzər Xəbər"in vatsap qaynar xəttinə müraciət edən kənd sakinləri ərazidə təhlükəli vəziyyətin davam etdiyini bildiriblər.

Kənd sakini Famil Məmmədov deyir ki, ötən gün səhər saatlarında ərazidə yerləşən fermalardan birinə gedən elektrik xətlərindən biri qırılaraq yerə düşüb. Nəticədə onun heyvanlarını elektrik cərəyanı vurub. Onun sözlərinə görə, naqil hələ də qırıldığı yerdə dirəkdən asılı vəziyyətdədir.

Famil Məmmədov bildirib ki, hadisə ilə bağlı müvafiq qurumlara məlumat versələr də, tədbir görülməyib. Təhlükə hələ də qalır.

Məsələ ilə bağlı "Azərişıq" ASC-dən bildirdilər ki, ərazidən keçən elektrik xətti qurumun balansında deyil. Sözügedən xətt fermalardan birinə məxsusdur. Ona görə də xəttin bərpasını təsərrüfatın sahibi həyata keçirməlidir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Chosen
37
xezerxeber.az

1Sources