Belarusdan sərhədi qanunsuz keçməyə cəhd edən 40-dan çox miqrantla toqquşma baş verib.
AFN.az xəbər verir ki, miqrantlar Polşa sərhədini keçmək istəyərkən insident yaşanıb. Nəticədə qumbara partlayışı polşalı əsgərin yaralanmasına səbəb olub. "Euronews" xəbər verir ki, hadisə axşam saat 8 radələrində sərhəd yaxınlığındakı Çeremça kəndinə yaxın ərazidə baş verib. Miqrantlar “Podlyashye” əməliyyat qrupunun polşalı hərbçilərini daşla hücum ediblər.
Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığı bildirib ki, əsgər təcavüzkar miqrantlar qrupuna qarşı məcburi tədbir kimi istifadə etdiyi flaş qumbarasının vaxtından əvvəl partlaması nəticəsində sol qolundan yaralanıb. Ona hadisə yerində ilkin tibbi yardım göstərilib, daha sonra Bialistok xəstəxanasına aparılıb. Yaralı hərbçinin vəziyyəti stabil və şüurlu, xəsarətləri isə həyati təhlükəsi olmayan kimi qiymətləndirilir. Polşa hərbçiləri hadisə ilə bağlı araşdırmalara başlayıb.