EN

"Sədərək"də yanğına niyə helikopter cəlb olunmadı? - VİDEO

Bir neçə gün öncə "Sədərək" ticarət mərkəzində güclü yanğın baş verib.

Nəticədə, sahibkarlara xeyli ziyan dəyib. Hadisə ilə bağlı artıq cinayət işi açılıb.

Lakin yanğından sonra bəzi vətəndaşlarda suallar yaranıb. Niyə yanğın bir gün sonra söndürülüb və əraziyə helikopterlər cəlb olunmayıb?

Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinin Yanğınsöndürmə Qərargahının əməkdaşı Nurlan İsaqov bildirib ki, yanğın baş verən ərazidəki anbar yüngül metal konstruksiyalardan ibarət idi və yüksək temperatur səbəbindən konstruksiyalar dərhal deformasiyaya uğrayıb:

"Təxminən 5 min kvadratmetr sahəsi olan anbar 15 müxtəlif bölmədən ibarət idi. Bu anbarlarda uşaq oyuncaqları, alışqanlar, litium batareyaları və digər parfümeriya məhsulları kimi tezalışan mallar saxlanılırdı. Bu məhsulların üst-üstə yığılması yanğının yükünü artırır və metal konstruksiyaların deformasiyaya uğraması yanğının söndürülməsini çətinləşdirirdi".

O qeyd edib ki, konstruksiyaların deformasiyaya uğraması yanğınsöndürənlər üçün ciddi təhlükə yaradırdı:

"Konstruksiyalar öz dayanıqlılığını itirmişdi. Yanğınsöndürənlər alovu söndürmək üçün konstruksiyaların alt hissələrinə daxil olarkən həyati risklə üzləşirdilər. Bu səbəbdən helikopterlər yanğının söndürülməsinə cəlb olunmayıb və təhlükəsizlik əsas götürülüb".

"Yanğın baş vermiş anbarın üzərinin dəmir konstruksiya ilə qapalı olmasına görə helikopterdən atılacaq suyun lazımi effekt verməməsi, sonrakı mərhələdə isə konstruksiyaların öz dayanıqlılığını itirməsinə görə yanğınsöndürənlər üçün həyati təhlükə yaranması səbəbindən helikopterlər yanğının söndürülməsinə cəlb olunmayıb. Yanğınsöndürənlər alovu söndürmək üçün konstruksiyaların alt hissələrinə daxil olarkən həyati risklə üzləşirdilər. Yanğının mürəkkəbliyinə və havanın küləkli olmasına baxmayaraq, yanğın baş verən andan 1,5 saat sonra onun yayılmasının qarşısı alınıb. Tam sönmənin bir gün sonra başa çatması isə xırda tüstü ocaqlarının belə tamamilə aradan qaldırılmasıdır", - deyə vurğulanıb.

Ətraflı Baku TV-nin süjetində:

Chosen
12
2
azreform.info

3Sources