EN

Yannik Sinner "US Open"in ikinci mərhələsinə yüksəldi

Dünyanın bir nömrəli tennisçisi, italiyalı Yannik Sinner 2025-ci il ABŞ Açıq Turnirinin (US Open) ilk turunda çexiyalı Vit Kopriva üzərində inamlı qələbə qazanaraq ikinci mərhələyə yüksəlib.

90deqiqe.Az-ın məlumatına görə, Sinner 88-ci reytinqdə olan rəqibini 6:1, 6:1, 6:2 hesabı ilə məğlub edib.

Təxminən 1 saat 40 dəqiqə davam edən oyunda Sinner yeddi as servis yerinə yetirib, bir dəfə isə dubla səhvə yol verib. 

İkinci mərhələdə Sinner avstraliyalı Aleksey Popırin və finiyalı Emil Ruusuvuori arasında keçiriləcək qarşılaşmanın qalibi ilə üz-üzə gələcək.

Chosen
48
90deqiqe.az

1Sources