EN

ABŞ-da istehlakçı inamı yenidən azalır

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da “Conference Board” avqust ayına dair istehlakçı inam indeksi məlumatlarını açıqlayıb.

Banco.azxəbər verir ki, məlumata görə, avqust ayında istehlakçı inamı əvvəlki ayla müqayisədə 1,3 bənd azalaraq 97,4-ə enib. İyul ayına dair əvvəlcə 97,2 olaraq açıqlanan indeks isə sonradan yuxarı istiqamətdə düzəliş edilərək 98,7-ə qaldırılıb.

Bloomberg sorğusunda iştirak edən iqtisadçıların orta proqnozu isə indeksin avqust ayında 96,5 səviyyəsində olacağı yönündə olub.

Növbəti altı ay üçün proqnoz indeksi avqustda 74,8-ə geriləyib, mövcud vəziyyət indeksi isə apreldən bəri ən aşağı səviyyəsinə düşüb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Chosen
5
1
banco.az

2Sources