EN

Ronaldu tarixi rekord qırdı: 100-cü qolunu “Əl-Nasr”da vurdu

Portuqaliyalı futbol ulduzu Kriştiano Ronaldu “Əl-Nasr”da 100-cü qolunu vuraraq dünya futbol tarixində nadir bir rekordun müəllifi oldu.

40 yaşlı hücumçu beləliklə, fərqli dörd klub və milli komanda üçün 100-dən çox qol vuran ilk futbolçu oldu.

Bu tarixi qol, Səudiyyə Ərəbistanının Superkuboku finalında vuruldu. Matç Honk Konqda keçirildi və “Əl-Nasr” komandası “Əl-Əhli” ilə qarşılaşdı. Oyun 2:2 hesabı ilə başa çatdı, penaltilərdə isə “Əl-Əhli” 5:3 hesabı ilə qalib gəldi.

Matçın qolları belə qeydə alındı:

“Əl-Nasr”: Kriştiano Ronaldu (41’, penalti), Markelo Brozoviç (82’)

“Əl-Əhli”: Frank Kessi (45+6’), Rodjer İbanes (89’)

Ronaldu karyerası ərzində “Real Madrid”də 450, “Mançester Yunayted”də 145, “Yuventus”da 101 və Portuqaliya millisində 138 qol vurub.

//Samir Qurbanov, Editor.az

Chosen
24
editor.az

1Sources