EN

Səfir: "Azərbaycanın İranla müharibədə İsrailə yardım etməsi söhbəti Ceyms Bond hekayəsidir"

"Azərbaycanın İranla müharibədə İsrailə yardım etməsi söhbəti Ceyms Bond hekayəsidir".

Oxu.Az bildirir ki, bunu İsrail Dövlətinin Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ronen Krausz APA-ya müsahibəsində mövzu ilə bağlı müvafiq suala cavab verərkən deyib.

Səfir qeyd edib ki, bir neçə gün əvvəl İrandan bəzi bəyanatlar eşidib:

"Laricani (İranın Milli Təhlükəsizlik üzrə Ali Şuranın katibi-red.) açıq-aydın bildirdi ki, Azərbaycan bu müharibədə tərəf tutmayıb. Yadımdadır, 2012-ci ildə Azərbaycana səfəri zamanı İsrailin keçmiş xarici işlər naziri Aviqdor Libermana da eyni sualı vermişdilər. Onun cavabını çox aydın şəkildə xatırlayıram. Cavabı belə olmuşdu: "Bunların hamısı Ceyms Bond hekayələridir". Düşünürəm ki, bu sizin sualınıza uyğun cavabdır, bunların hamısı Ceyms Bond hekayəsidir".

Chosen
3
demokrat.az

1Sources