EN

İspan müdafiəçi üçün 10 milyon avroluq təklif - Premyer Liqa mənsubundan

22 yaşlı müdafiəçi Arnau Martinez İngiltərə Premyer Liqasının top-klubuna keçə bilər.

Sportinfo.az “Footmercato”-ya istinadən xəbər verir ki, ispaniyalı futbolçunun transferində “Arsenal” maraqlıdır.

London təmsilçisi Martinezin keçidi üçün 8 milyon və əlavə olaraq 2 milyon avro bonus ödəməyi təklif edib.

Martinezin transfer hüquqları “Jirona”ya məxsusdur. O, ötən mövsüm İspaniya klubunun heyətində 39 oyunda çıxış edərək, 3 qol vurub və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.

Onun klubla müqaviləsinin müddəti 2027-ci ilin iyununa qədərdir.

Chosen
46
1
sportinfo.az

10Sources