EN

Qazaxıstan klubu tarixində ilk dəfə liqa mərhələsinə yüksəldi - ÇL

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab matçlarına start verilib.

Axar.az xəbər verir ki, ilk oyun günündə üç görüş keçirilib.

Qeydə alınmış nəticələri təqdim edirik:

"Kayrat" - "Seltik" - 0:0 (penaltilərdə - 3:2) (ilk oyun - 0:0);

"Pafos" - "Srvena Zvezda" - 1:1 (2:1);

"Şturm Qraz" - "Budyo Qlimt" - 2:1 (0:5).

Qeyd edək ki, Qazaxıstanın "Kayrat" klubu tarixində ilk dəfə Çempionlar Liqasının liqa mərhələsinə yüksəlib. Qazaxıstan klublarından yalnız "Astana" daha əvvəl Çempionlar Liqasının qrup mərhələsinə yüksəlmişdi (2015/16 mövsümü).

Xatırladaq ki, pley-off mərhələsində mübarizə aparan təmsilçimiz "Qarabağ" cavab matçına avqust ayının 27-də doğma meydanda Tofiq Bəhramov adına Respublika stadionunda çıxacaq.

Chosen
35
axar.az

1Sources