EN

Rusiyada baÅŸ verÉ™n zÉ™lzÉ™lÉ™ AzÉ™rbaycanda da hiss olunub – VİDEO

Avqustun 27-si saat 00:33-də Xəzər dənizinin Dağıstan Respublikası ərazisində baş verən zəlzələ Azərbaycanda da hiss olunub.

Doğru.az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, təkanlar Quba, Xınalıq, Qusar, Bakı, Sumqayıt və digər şəhərlərdə 3-4 bal gücündə hiss edilib.

Güclü zəlzələdən həyəcanlanan bəzi hündürmərtəbəli binaların sakinləri evlərini tərk edərək küçəyə çıxıblar.

Məlumata görə, Rusiya Federasiyasının Dağıstan Respublikasının İzberbaş şəhəri yaxınlığında 5,3 maqnitudalı zəlzələ qeydə alınıb. Zəlzələ ocağı yerin 66 kilometr dərinliyində yerləşib.

DOÄžRU.AZ

Chosen
3
2
dogru.az

3Sources