EN

Bu il ABŞ-ın təbii qaz istehlakı rekord səviyyəyə çatacaq -EİA

ABŞ-ın təbii qaz istehlakının 2025-ci ildə 1% artaraq, ilin əvvəlində yüksək istehlak səbəbindən rekord səviyyəyə - 91,4 milyard kubmetrə çatacağı proqnozlaşdırılır. Elə cari ilin ilk aylarından ABŞ-ın təbii qaz istehlakı rekord həddə çatdı ki, bu da 2024-cü ilin yanvarında qeydə alınan əvvəlki rekorddan 5% çox, sutkada 126,8 milyard kubmetr təşkil etmişdi.

Qismən soyuq hava və qütb burulğanı ilə əlaqədar 2025-ci ilin yanvar və fevral aylarında rekord istehlak səviyyəsi müşahidə olunub.

Elektrik enerjisi sektorunun təbii qaz istehlakında bazar payı azalıb, bərpaolunan mənbələr və kömür 2025-ci ildə yer qazanıb.

Mülayim qış havası proqnozları, yaşayış və ticarət sektorlarında tələbatın azalması səbəbindən 2026-cı ildə ümumi istehlakın bir qədər azalacağı gözlənilir.

ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EİA) proqnozlarına görə, ABŞ-da təbii qaz istehlakı 1% artaraq ümumi 2025-ci il üçün 91,4 milyard kubmetrlə rekord həddə çatacaq.

Nubar Süleymanova, “İki sahil”

Chosen
18
ikisahil.az

1Sources