EN

Qazaxıstanın "Kayrat" klubu ilk dəfə Çempionlar Liqasına vəsiqə qazanıb

Astana, 27 avqust, AZƏRTAC

Qazaxıstanın "Kayrat" klubu Şotlandiyanın "Seltik"ini məğlub edərək ilk dəfə Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.

AZƏRTAC xəbər verir ki, həlledici görüş Almatının Mərkəzi Stadionunda dolu tribunalar qarşısında keçirilib.

Əsas və əlavə vaxt 0:0 hesabı ilə başa çatıb. Qarşılaşmanın taleyini penaltilər seriyası həll edib. Burada “Kayrat” 3:2 hesabı ilə qələbə qazanıb.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana 

 

Chosen
18
azertag.az

1Sources