BAKI, 27 avqust. TELEQRAF
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) ilk müfəttiş qrupu İrana qayıdıb.
Teleqraf xəbər verir ki, bu barədə “Fox News” telekanalına müsahibəsində AEBA-nın baş direktoru Rafael Qrossi bildirib.
Onun sözlərinə görə, agentliyin ekspertləri İranın nüvə obyektlərində işi bərpa etməyə hazırlaşırlar.
"İranda çoxlu obyektlər var, bəzilərinə hücum edilib, bəzilərinə isə yox", - Qrossi deyib.
O əlavə edib ki, hazırda agentliyin bu ölkədə işinin bərpası üçün hansı praktik tədbirlərin həyata keçirilməli olduğu müzakirə edilir.