BAKI, 27 avqust. TELEQRAF
Bu iş Qəzzada başladı, Qəzzada da bitəcək!
Teleqraf xəbər verir ki, bu barədə İsrailin Baş naziri Binyamin Netanyahu Təhlükəsizlik Kabinetinin Qəzza ilə bağlı iclasından sonra çıxış edib.
"Biz o vəhşiləri orada saxlamayacağıq. Bütün girovlarımızı azad edəcəyik. Qəzzanın artıq İsrail üçün təhlükə yaratmamasını təmin edəcəyik," - baş nazir deyib.
O, hökumətinin Fələstin dövlətinin yaradılmasına mane olduğunu söyləyib.
"Mən dedim ki, biz Fələstin dövlətinin yaradılmasının qarşısını alacağıq - biz bunu birlikdə edirik. Mən dedim ki, biz torpağımızın, vətənimizin bir hissəsini tikəcəyik və qoruyacağıq - və biz bunu da edirik", - o bildirib.