EN

Sağlam həyat yüksək ruh

ain.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə paytaxtın müxtəlif parklarında hər gün səhər idman məşqləri keçirilir. Nazirlikdən verilən məlumata görə, Zabitlər parkı, Mərkəzi park və Dədə Qorqud parkında tayçi, gimnastika və yoqa üzrə peşəkarların iştirakı ilə təşkil olunan məşqlər eyni vaxtda baş tutur.

Səhər məşqlərinin əsas məqsədi paytaxt əhalisinin günə gümrah başlaması, onları sağlam həyat tərzinə həvəsləndirmək, idmanı gündəlik fəaliyyətin bir hissəsinə çevirmək və açıq havada aktiv istirahət imkanlarını artırmaqdır. Məşqlərdə müxtəlif yaş qruplarından insanlar iştirak edə bilərlər.

Qeyd edək ki, səhər məşqləri həftəiçi 6 gün, saat 07:00-dan 08:00-dək davam edir. İştirak üçün heç bir qeydiyyat və ödəniş tələb olunmur.

Qabil YUSİFOĞLUXQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
2
1
xalqqazeti.az

2Sources