EN

“Spotify”dən yenilik

Spotify musiqi platforması istifadəçilər arasında mesaj mübadiləsi xidməti (“Mesajlar”) təqdim etməyi planlaşdırır.

Publika.az xəbər verir ki, bu barədə Spotify rəsmi məlumat yayıb.

Yeni xidmət istifadəçilərə musiqi və podkastları paylaşmaq imkanı verəcək. Spotify rəhbərliyi ümid edir ki, bu xüsusiyyət proqram vasitəsilə məzmun yaradıcılarını təşviq etməyə kömək edəcək. Xidmət hər kəs üçün məcburi olmayacaq; istifadəçilər mesajlaşmanı məhdudlaşdıra və ya parametrlərdə ondan tamamilə imtina edə biləcəklər.

Chosen
15
publika.az

1Sources