ain.az, Apa.az portalına istinadən məlumat verir.
“Allah prezidentimizdən razı olsun ki, bizi doğma yurdumuza qaytardı.”
APA xəbər verir ki, bunu keçmiş məcburi köçkün Ağdamın Xıdırlı kənd sakini Səfərov Murad deyib.
O həmçinin şəhidlərə Allahdan rəhmət, qazilərə isə can sağlığı dilədiyini deyib.
“Sevincimizin həddi hüdudu yoxdur. Ölmədik bu günləri də gördük. Hisslərimi sözlə deyə bilmirəm. İnana bilmirəm ki, mən Xıdırlıya qayıdıram.”, - deyə o bildirib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.