EN

Avtomobilləmotosikletin toqquşması zamanı xəsarət alanların adları məlum olub YENİLƏNİB

ain.az, Apa.az portalına istinadən məlumat verir.

Gəncədə minik avtomobili ilə motosikletin toqquşması zamanı xəsarət alanların adları məlum olub.

APA-nın yerli bürosunun məlumatına görə xəsarət alanlar 1985-ci il təvəllüdlü A. Məmmədova, 1984-cü il təvəllüdlü M. Məhərrəmov və 1972-ci il təvəllüdlü G. Abdullayevadır.

Onların vəziyyətlərinin orta ağır olduğu bildirilir.

***

05:28

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Hyundai” markalı minik avtomobili motosikletə çırpılıb.

Qəza zamanı motosikletdə olan 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin orta ağır olduğu bildilir.

Qeyd edək ki, motosikletin Gəncə şəhər Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinə məxsus olduğu bildirilir.

Məlumata görə hadisə zamanı xəsarət alanlar süpürgəçilər olublar. Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
35
3
apa.az

4Sources