30 sentyabr 2025-ci il tarixində “F.S” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir.
Marja xəbər verir ki, növbədənkənar ümumi yığıncaqda aşağıdakı məsələlər müzakirə ediləcəkdir:
1. ASC-nin bölünməsi və bölünmə balansının təsdiq edilməsi.
2. ASC-nin bölünmüş əmlakının təhvil verilməsi qaydasının müəyyən edilməsi.
3. ASC-nin bölünməsi nəticəsində yenidən təşkil edilən MMC-lərin təsis olunmasına və nizamnamə
kapitalının əmlak şəklində formalaşmasına razılığın verilməsi.
4. ASC-yə məxsus səhmlərin ləğv edilməsi və dövriyyədən çıxarılması.
5. Digər məsələlər.
Səhmdarlar gündəlikdəki məsələlərə aid sənədlərlə tanış olmaq üçün həftənin iş günləri cəmiyyətin icra orqanının rəhbərinə müraciət edə bilərlər. Ünvan- Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül qəsəbəsi, 1999-cu məhəllə.