EN

Maliyyə Nazirliyi Mil-Muğan Regional İdarəsi dəftərxana mallarının satınalınması üzrə tender elan etdi

Finss.az - Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Mil-Muğan Regional Maliyyə İdarəsi dəftərxana mallarının satınalınması üzrə müsabiqə elan edib. Satınalmanın ümumi ehtimal olunan dəyəri 689,98 manat təşkil edir.

Müsabiqə çərçivəsində aşağıdakı mallar alınacaq: kley-kağız yapışdırıcı, fayl dəsti (A4 format, minimum 60 micron), kağız üçün sancaq (skrepka), pozan (qrifelli və rəngli karandaşlar üçün), qələm korrektor (7 ml) və qrafit karandaş (HB, üçbucaqlı, taxta).

Təkliflərin qəbulu və zərflərin açılışı 10 sentyabr 2025-ci il saat 18:00-da baş tutacaq. İştirakçılar üçün iştirak haqqı 10 AZN, istifadə haqqı isə 25 AZN müəyyən edilib. Ödənişlər geri qaytarılmır.

Əlavə məlumat üçün Baş məsləhətçi Rüfət Seyidli ilə [email protected] elektron poçt ünvanı və ya +994 21 285 22 40 telefonu vasitəsilə əlaqə saxlamaq mümkündür.

Fuad Mədətov
Finss.az

Chosen
403
13
fins.az

10Sources