EN

Türkiyə nəhənginin baş məşqçisi “Real”ın qapıçısını istəyir

ain.az, sport24.az portalına istinadən məlumat yayır.

"Fənərbaxça"nın baş məşqçisi Joze Mourinyo qapıçı mövqeyini gücləndirmək istəyir və gözünü "Real"ın qolkiperi Andrey Luninə dikib. Sport24.az xəbər verir ki, bu barədə İspaniyanın "AS" nəşri məlumat yayıb.

Mənbənin sözlərinə görə, portuqaliyalı mütəxəssis klubun qapıçısı Dominik Livakoviçdən narazıdır və xorvatiyalının özü də Türkiyəni tərk edərək icarə əsasında "Nottingem Forest"ə yollanmaq istəyir.

"Fənərbaxça" ukraynalı qolkiperin mümkün transfer şərtlərini öyrənmək üçün artıq "Real"a sorğu göndərib.

Qeyd edək ki, Lunin ötən mövsüm "Real"ın heyətində 14 oyun keçiribvə 19 qol buraxıb. 6 görüşdə isə qapısını toxunulmaz saxlayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
19
sport24.az

1Sources