Ağcabədi rayonunda yanacaq doldurma məntəqəsi yanıb.
Day.Az Trend-ə istinadən xəbər verir ki, hadisə ötən gecə rayonun Təzəkənd kəndi ərazisində Mingəçevir - Bəhrəmtəpə avtomobil yolu üzərindəki yanacaq doldurma məntəqəsində baş verib.
Hadisə yerinə FHN - nin Ağcabədi rayon yanğınsöndürən bölməsinin əməkdaşları gələrək yanğının yaxınlıqdakı tikililərə keçməsinin qarşısını alıb. Yanğın zamanı xəsarət alan olmayıb.
Ətraflı
Qeyd edək ki. 21 avqust tarixində də rayonun Avşar kı di ərazisində maye qaz doldurma məntəqəsində partlayış olmuşdu.
Faktla bağlı araşdırma aparılır.