EN

Zəlzələdən sonra gecəni küçədə keçirtdi Video

Axsham.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Müğənni Xuraman Şuşalı ötən gecə Azərbaycanda baş verən zəlzələ ilə bağlı paylaşım edib. 

Axşam.az xəbər verir ki, sənətçi ailəsi ilə birlikdə Nabranda istirahətdə olduğunu bildirib. O, zəlzələni hiss etdikdən sonra hər kəsin küçələrə axışdığını deyib. 

"Əməlli bina silkələndi. Hamı çıxıb çölə. Heç kim evə getmir" deyə, Xuraman əlavə edib. 

Qeyd edək ki, AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, Dağıstandakı zəlzələ 5,3 maqnitudada olub, zəlzələ ocağı 66 kilometr dərinlikdə yerləşib. Zəlzələ Quba, Xınalıq, Qusar, Bakı və Sumqayıt və s. şəhərlərində 4-3 bal gücündə hiss olunub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
22
7
axsam.az

8Sources