EN

Axios: “Cenevrədə  İranın nüvə danışıqları nəticəsiz başa çatır”

Vətəninfo.az xəbər verir ki, “Axios” mənbələrə istinadən xəbər verir ki, dünən axşam Cenevrədə İran və 3 Avropa dövləti arasında keçirilən görüşdə heç bir ciddi irəliləyiş əldə olunmayıb.
Qeyd olunur ki, bu, Avropa güclərinin İranın nüvə proqramı ilə bağlı müəyyən etdiyi vaxtdan 5 gün əvvəl baş verib.

Mənbələrin bildirdiyinə görə, İran tərəfi tələblərin yerinə yetirilməsi üçün konkret addımlar təklif etməyib. Tələblər bundan ibarətdir: ABŞ ilə danışıqların bərpası, BMT müfəttişlərinin İsrailin hücumları nəticəsində zədələnmiş nüvə obyektlərinə çıxışının təmin edilməsi və İranda qalan 60% zənginləşdirilmiş uran ehtiyatları.

Axios-un fikrincə, irəliləyişin olmaması tələblərin avqustun 31-dək yerinə yetirilməyəcəyi təqdirdə Avropa ölkələrinin “Snapback” mexanizmini işə salması ehtimalını xeyli artırır.

Snapback 2015-ci il nüvə sazişinin bir hissəsi olan hüquqi mexanizmdir və sazişi pozarsa, BMT Təhlükəsizlik Şurasının İrana qarşı sanksiyalarına səbəb olur.

Chosen
17
5
veteninfo.az

6Sources