EN

Bu gün “Qarabağ”ın oynayacağı məkanın halını görün! - FOTOLAR

Çempionlar Liqasında ölkəmizi layiqincə təmsil edən “Qarabağ” növbəti görüşə hazırlaşır.

Pley-off mərhələsinin cavab qarşılaşmasındakı rəqib “Ferenetvaroş”dur.

Avqustun 18-də Budapeştdəki “Gropuama Arena”da gerçəkləşən dueldə təmsilçimiz 3:1 hesabı ilə qələbə qazanmışdı. Etiraf edək ki, qalibiyyətin əldə olunmasında “Qarabağ”ın ideal qazonda oynaması az rol oynamamışdı.

Təəssüf ki, bu dəfə eyni tempdə oyun izləyə bilməyəcəyik.

Çünki matçın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunun ot örtüyünün hazırkı vəziyyəti Çempionlar Liqası səviyyəsində deyil.

Meydanın bir çox hissələrdə saralmalar aydın şəkildə hiss olunmaqdadır. Bu isə o deməkdir ki, qopmalar və yumşalmalar oyunun gedişində futbolçular üçün ortaya müəyyən çətinliklər yaradacaq.

Təəssüf ki, onillərdir davam edən analoji problem bu gün də aktuallığını qorumaqdadır. Dövr dəyişir, maddi imkanlar yaxşılaşır, texnologiya dayanmadan inkişaf edir, lakin Bakının mərkəzindəki Respublika stadionunun örtüyünü Avropa standartlarına uyğunlaşdırmaq olmur.

Ümid edək ki, qazonun məlum halda olması fiziki cəhətdən daha hazırlıqlı görünən “Ferentsvaroş”un işinə yaramayacaq.

Bu gün keçiriləcək oyun saat 20:45-də başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Chosen
3
sportinfo.az

1Sources