EN

Zəlzələ təlaşı Dərbənd əhalisini küçələrə töküb

Musavat.com-un da xəbər verdiyi kimi, Bakı vaxtı ilə saat 00:33-də Xəzər dənizi sahillərində 5,7 maqnitudalı zəlzələ qeydə alınıb (Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) məlumatına görə,). Yeraltı təkanların episentri Dərbənddən (Rusiya) 50 km şimal-şimal-qərbdə, 11 km dərinlikdə olub.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin açıqlamasına görə isə Dağıstanda qeydə alınan zəlzələ 5,4 bal gücündə olub, ocağı 64 km dərinlikdə yerləşib. Hadisə Azərbaycanın bir sıra şəhər və rayonlarında – o cümlədən Bakı, Sumqayıt, Quba, Qusar, Xınalıq və digər bölgələrdə 3-4 bala qədər hiss olunub.

Ən çox silkələnmə isə Dərbənd və Mahaçqalada müşahidə olunub. Hadisədən sonra Dərbənd sakinləri gecəyarısı evlərini tərk edərək küçələrə çıxıblar. Xüsusilə çoxmərtəbəli binalarda yaşayan insanlar ehtiyat tədbiri olaraq mənzillərinə girməməyə çalışıblar. Sosial şəbəkələrdə yayılan foto və videolarda evlərin işıqlarının titrədiyi və əhalinin həyətlərdə toplandığı görünür.

Bakıda və Sumqayıtda da əhali zəlzələni hiss edib. Lakin paytaxt sakinlərinin bir qismi təkanları açıq şəkildə sezsə də, digər hissəsi heç bir titrəyiş müşahidə etməyib.

Hazırda tələfat və dağıntılar barədə məlumat yoxdur.

Fotolar və videolar Dərbənddən çəkilib.

Chosen
44
1
ekologiya.az

10Sources