EN

Ərəblərin 63 milyon avroluq təklifini geri çevirdir - Az pul verirsiz

Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubu Portuqaliyanın istedadlı yarımmüdafiəçisi Rodriqo Moranı heyətinə qatmaq üçün səylərini davam etdirir.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “Əl-İttihad” 18 yaşlı futbolçu üçün “Portu”ya 63 milyon avro və əlavə olaraq bu məbləğin 10 faizi qədər bonuslar daxil olan təklif göndərib.

Ancaq “əjdahalar” bu təklifi rədd edərək, Moranın müqaviləsində göstərilən 70 milyon avroluq transfer məbləğində israr ediblər.

Hazırda Səudiyyə Ərəbistanı klubu növbəti addımlarını düşünür. Bu, “Əl-İttihad”ın Mora üçün ilk təklifi deyil.

Klub daha əvvəl də 50 milyon avroluq rəsmi təklif göndərmişdi, amma həmin təklif də qəbul olunmayıb.

Rodriqo Mora ötən mövsüm “Portu”nun heyətində 36 oyunda iştirak edib, 11 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Milli komanda səviyyəsində isə Portuqaliya ilə UEFA Millətlər Liqasının qalibi olub, baxmayaraq ki, bütün oyunları ehtiyat oyunçular oturacağından izləyib.

Chosen
10
sportinfo.az

1Sources