EN

Kəpəz yeni baş məşqçi axtarışına çıxıb

ain.az bildirir, sport24.az saytına əsaslanaraq.

"Kəpəz"in mövsümə uğursuz start verməsi rəhbərliyi narahat etməyə başlayıb. Sport24.az-a daxil olan məlumata görə, klub rəsmiləri artıq radikal addımlar atmağı düşünür.

Redaksiyamıza daxil olan bilgiyə əsasən, klubun başbilənləri "Zirə" ilə matçı gözləyir. "Sarı-göylər" "qartallar"a da məğlub olacağı təqdirdə yeni baş məşqçi axtarışına çıxacaqlar. Mənbəmizin sözlərinə inansaq, rəhbərliyin artıq bu məsələ ilə bağlı müəyyən planları var. İki yerli və bir əcnəbi mütəxəssis rəsmilərin maraq dairəsindədir.

Qeyd edək ki, Misli Premyer Liqasının ilk turunda "Sumqayıt" 0:3 hesabı ilə məğlub olan Adil Şükürovun yetirmələri, 2-ci oyun həftəsində "Karvan-Yevlax"a yenilib - 2:3.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
5
1
sport24.az

2Sources