EN

Suriya KİV-də Mehriban Əliyevanın Azərbaycanın inkişafına töhfəsindən bəhs edən məqalə dərc olunub

BAKI, 27 avqust. TELEQRAF

Suriyanın oxucu kütləsinə malik “Vətən” elektron informasiyası saytında “Mehriban Əliyevə: Humanizm, mədəniyyət və Azərbaycanın inkişaf rəmzidir” başlıqlı məqalə dərc edilib.

Bu barədə Teleqraf-a Azərbaycanın Suriyadakı səfirliyindən məlumat verilib.

Yazıda oxucuların diqqətinə çatdırılıb ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESKO) xoşməramlı səfiri, xeyriyyəçilik sahəsində uğur qazanmış humanitar xadim, eləcə də Azərbaycanın Birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti və Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyeva həyatını Azərbaycana və Azərbaycan xalqına xidmət etməyə, ölkəsini inkişaf etdirməyə, dünya miqyasında tanıtmağa və maraqlarını qorumağa həsr etmiş qadındır.

Eyni zamanda Mehriban Əliyevanın 2017-ci ilin fevral ayından Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsində fəaliyyət göstərdiyi, Prezident İlham Əliyevin onu Birinci vitse-prezident vəzifəsinə təyin edərkən onun müstəsna sosial, mədəni və siyasi xidmətlərini vurğuladığı məqalədə öz əksini tapıb.

Ümummilli Lider Heydər Əliyevinidarəçilik ənənələrindən ruhlanan Mehriban Əliyevanın Azərbaycanın inkişafı, insanların sosial problemlərinin həlli üçün Birinci vitse-prezident kimi özünün idarəçilik istedadını uğurla birləşdirdiyi diqqətə çatdırılaraq, Prezident İlham Əliyevin sadiq müttəfiqi Mehriban Əliyevanın ölkənin və Azərbaycan xalqının mənafeyinə əsaslanan mühüm vəzifələri uğurla icra etdiyi, qorxmadan xalqın inamını və ümidlərini reallaşdırmaq üçün yorulmadan çalışdığı xüsusi qeyd edilib.

Mehriban Əliyevanın, həmçinin qaçqınlar, köçkünlər, əlillər, şəhid ailələri, müharibə veteranları kimi həssas sosial qrupları xüsusi qayğı ilə əhatə etdiyi, dövlət başçısı ilə birlikdə həm Bakıda, həm də əyalətlərdə müxtəlif obyektlərə, məcburi köçkünlər və hərbi qulluqçular üçün yaşayış massivlərinə, infrastruktur layihələrinə baş çəkdiyi, açılışında iştirak etdiyi, bundan savayı, uşaq evləri və internat məktəblərinin məzunlarını mənzillə təmin etdiyi, rəhbərlik etdiyi Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə yüzlərlə uşaq bağçası, uşaq evi, park, məktəb, idman kompleksi, dini abidələr tikib əsaslı təmir etdiyinə toxunulub. Eyni zamanda Mehriban Əliyevanın koronavirus (COVID-19) pandemiyası fonunda xalqın sağlamlığı üçün gördüyü işlərə nəzər salınıb.

Beynəlxalq səviyyədə Azərbaycan Respublikasının qlobal miqyasda müsbət imicinin formalaşmasında Mehriban xanım Əliyevanın xidmətləri əvəzsiz olduğu, dünyaya Azərbaycanın mütərəqqi, davamlı və sistemli şəkildə inkişaf edən ölkə olduğunu göstərə bildiyinə diqqət çəkilib.

Bununla yanaşı, Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi ilə Fransada 20 kilsənin, 14-cü əsrə aid Strasburq Katedralının beş vitraj pəncərəsinin və Versal Sarayının bağlarındakı abidələrin bərpa edildiyi, eləcə də Luvr Muzeyində İslam İncəsənəti Departamentinin yaradıldığı və sairə işlərin görüldüyü qeyd edilib.

Məqalənin yekununda geniş beynəlxalq və ictimai-siyasi fəaliyyətinə baxmayaraq, Mehriban Əliyevanın ailə dəyərlərinin təcəssümü və əsl evdar qadın olaraq qaldığı, onun İlham Əliyevlə evliliyinin təkcə iki qəlbin və ruhun xoşbəxt birliyi deyil, həm də ortaq maraqlarla birləşən iki şəxsiyyətin əsas məqsədinin Azərbaycana və Azərbaycan xalqına xidmət etmək olduğu vurğulanıb, Mehriban Əliyevanın öz övladlarını – Leylanı, Arzunu və oğulu Heydəri eyni ruhda böyüdüyü, onların da öz növbəsində, vətənə xidmət etmək missiyasını şərəflə yerinə yetirdikləri oxucu auditoriyasının nəzərinə çatdırılıb.

Chosen
5
teleqraf.com

1Sources